KepezTV Player
Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin 2 nömrəli Gəncə Peşə Məktəbində baş tutan tədbirdə şəhid ailəsinin üzvləri, qazilər, məktəbin müəllim və tələbələri iştirak ediblər. Çıxış edənlər Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlardan, bu təxribatların qarşısını alan rəşadətli Azərbaycan əsgərinin hünərindən danışıblar. Vətənpərvərliklər bağlı şeir və mahnılar səsləndirilib, rəsm əsərləri nümayiş edilib. Vətən müharibəsində iştirak edən qazilərə hədiyyə və fəxri fərmanlar təqdim olunub.
- Baxış: 364