• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1716
— 04.11.2021 19:14

Gənclərlə görüş keçirilib

KepezTV Player

İslahatçı Gənclər İctimai Birliyi və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə gənclərlə görüşü olub. 8 noyabr zəfər gününə həsr olunan tədbirdə Bakı və Türkiyədən olan ekspertlər də iştirak edib. Nizami yurdundan olan 50-yə yaxın fəal gəncin qatıldığı görüşdə Vətən müharibəsi zamanı arxa cəbhədə ölkə gənclərinin informasiya sahəsindəki uğurlu fəaliyyətindən danışılıb. Qeyd olunub ki, müharibə başa çatsa da, gənclər aktivliklərini davam etdirməli, sosial şəbəkələr vasitəsilə Azərbaycan həqiqətlərini, eləcə də işğaldan azad olunan ərazilərdəki quruculuq işlərini təbliğ etməlidirlər.