KepezTV Player
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başlayıb. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələnib. Vətən müharibəsinin 36-cı günü Müdafiə Nazirliyinin məlumatında sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 1 ədəd PDM, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 8 ədəd müxtəlif tipli topu, 2 rabitə qülləsi və 5 ədəd avtomobil texnikasının məhv edildiyi və sıradan çıxarıldığı bildirilib.Tərtər rayonunun yaşayış məntəqələri növbəti dəfə artilleriya atəşinə tutulub.
- Baxış: 239