• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1203
— 01.11.2021 11:42

Sanitar-karantin qaydalarını pozan şəxslər məsuliyyətə cəlb edilib

KepezTV Player

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə uyğun olaraq, ictimai nəqliyyatda- taksi, avtobuslarda sürücülərin COVİD-19 pasportunun olub-olmaması, tibbi maskalardan istifadə, sosial məsafənin qorunması qaydalarına diqqət yetiriblər.

Keçirilən monitorinq zamanı sürücü və sərnişinlərə sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilib, bu qaydalara əməl etməyən 25 nəfər barəsində intizam tənbeh tədbirləri tətbiq edilib. Bundan başqa polis əməkdaşları rayon ərazisində fəaliyyət göstərən mehmanxanalarda monitorinqlər apararaq karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət ediblər. Mehmanxana müştərilərinin müvafiq COVİD-19 pasportlarını yoxlayan polis əməkdaşları obyekt sahibləri ilə izahedici-profilaktiki söhbətlər aparmış, koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah ediblər. Bildirilib ki, mehmanxana otaqlarında müvafiq dezinfeksiya vasitələri olmalı, xidmət personalı mövcud sanitar qaydalarına riayət etməlidir. Monitorinq tədbirləri fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq evləri ilə davam etdirilib. İlk olaraq polis əməkdaşları tərəfindən dəvət olunan qonaqların COVİD-19 pasportu olub-olmaması yoxlanılıb. Araşdırmalar zamanı COVİD-19 pasportu olmayan şəxslər restorana buraxılmayıb. Polis əməkdaşları eyni zamanda şadlıq saraylarındakı karantin tələblərnə nəzarət edib, sosisal məsafə və digər zəruri tələblərin yerinə yetirilməsini yoxlayıb. Yoxlamalar zamanı 4 obyektdə karantin qaydalarının pozulması aşkarlanıb.

Eşqin Qasımov DİN-in əməkdaşı: Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, həftə ərzində 23 fərdi yaşayış evində keçirilən toy mərasimində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib. Araşdırmalar zamanı məlum olub ki, ev sahibləri 150 nəfərdən artıq qonaq çağırmaqla toy mərasimi təşkil edib. Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.

Həftə ərzində yoxlamalar zamanı 175-ə yaxın vətəndaş vaksinasiya olunmadığı üçün mərasimlərə buraxılmayaraq geri qaytarılıb.