KepezTV Player
Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş prokurorları Şurasının ilk iclası keçirilib.Yüksək səviyyəli iclasa Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğız Respublikalarının baş prokurorları və digər nümayəndələr qatılıblar. Türk Şurasına üzv Dövlətlərin Baş Prokurorluq Şurasının təsis edilməsinin regionda insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, cinayətkarlığın bütün formalarına qarşı mübarizədə səylərin birləşdirilməsinə və qarşılıqlı əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə təkan verəcəyinə inam ifadə olunub.
- Baxış: 347