Gəncədə səhər saatlarında ölümlə nəticələnən yanğın hadisəsi baş verib. Olay nəticəsində bir ailənin 3 üzvü – ata və övladları yanaraq dünyalarını dəyişiblər.
Hadisə səhər saat 4 radələrində Gəncənin Kəpəz rayonu, Natəvan-2 qəsəbəsində köhnə ət kombinatı deyilən ərazidə yerləşən fərdi yaşayış evində baş verib. Ümumi sahəsi 160 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yağına Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları müdaxilə edilərək yaxınlıqdakı tikilərə keçməsinin qarşısı alıblar. Ancaq alov ram edildikdən sonra evə baxış keçirilən zaman ata 1990-cı il təvəllüdlü Qəşəm Məmmədov və iki övladı 2007-ci il təvəllüdlü Turqay Məmmədovla 2012-ci il təvəllüdlü Mələk Məmmədovanın meyitləri aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Ehtimal olunur ki, hadisəyə ölən ailə üzvlərinin yatdığı otaqda qızdırıcıda baş verən qısa qapanma səbəb olub. Qonşuların sözlərinə görə Qəşəm Məmmədov bir müddət öncə həyat yoldaşı ilə qeyri-rəsmi şəkildə ayırılıblar. Uşaqlar isə atanın himayəsində qalırdı.
- Baxış: 842