KepezTV Player
Bir il öncə, senyabrın 27-i başlayan Vətən müharibəsinin 27-ci günü Xocavənd rayonunun Dolanlar, Bünyadlı, - Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, - Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli, eləcə də Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı, Alaqurşaq kəndləri müzəffər ordumuz tərəfindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində paylaşım edib. Cəbhənin Ağdərə, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib, düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib.
- Baxış: 446