
Ötən ilin oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsinin işğaldan azad olunması ilə otuz ilə yaxın işğal altında olan 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam nəzarətə götürüldü. Dövlət başçısı müzəffər ali baş komandan İlham Əliyev bu münasibətlə hər iki ölkənin xalqını təbrik edib.Ağbənd qəsəbəsi Zəngilanın Vejnəli kənd inzibati ərazi dairəsinə aiddir və 1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Qəsəbə Araz çayının sahilində, Ağbənd dağının ətəyində yerləşir. Yaşayış məntəqəsinin adı ətəyində salındığı dağın adından götürülüb.
- Baxış: 300