İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən bölgələrdə kiçik və orta sahibkarlığın inkişafına dəstək məqsədilə təlim, seminar, məsləhət və məlumat xarakterli silsilə tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də turizim bölgəsi sayılan Göygöl rayonunda təşkil edilib. Məqsəd rayonda fəaliyyət göstərən iaşə, restoran, turizim, otelçilik, kənd turizmi və digər oxşar sahələrin inkişafına dəstək verməkdir.
Göygöl-Daşkəsən Kiçik və Orta Biznesin İnkişafı mərkəzinin əhatə etdiyi regionda yerli sahibkarlara təlim, məsləhət, şəbəkələşmə həm də məlumatlandırma xarakterli tədbirlər keçirir. Məqsəd Göygöldə fəaliyyət göstərən iaşə obyektlərində xidmətin keyfiyyətinin artırılması ilə bağlı təlimlər keçirməkdir
Regionda turizim sektorunda fəaliyyət göstərən sahibkarlara Türkiyədən dəvət olunan beynəlxalq səviyyəli mütəxəsislər təlim keçir. Yeni metodlar və müştərilərlə düzgün davranmaq sahibkarlara izah edilir.
Həmçinin Kiçik və Orta Biznesin İnkişafı mərkəzi tərəfindən digər sahələrdə də təlimlər məsləhət, şəbəkələşmə eləcədə məlumatlandrıma xidmətləri də nəzərdə tutulur. Tədbirdə turizim sahəsi üzrə iştirakçıları maraqlandırılan suallar cavablandırılıb.
Elnur Vahidoğlu
- Baxış: 575