KepezTV Player
Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə telefonla zəng edərək ad günü münasibətilə təbrik edib. Prezidentlər Azərbaycan-Rusiya ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər. Əlaqələrin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, bölgədəki vəziyyət müzakirə edilib.
- Baxış: 477