• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1224
— 26.09.2021 20:33

Vətəndaş cəmiyyətinin fəalları Şəhidlər Xiyabanını ziyarət ediblər

KepezTV Player

Gəncə şəhərində fəaliyyət göstərən bir qrup qeyri hökumət təşkilatı nümayəndələri və ictimai xadimlər Şəhidlər Xiyabanında olublar. Onlar Vətən müharibəsi şəhidlərinin, ermənilər tərəfindən Gəncə şəhərinə atılmış raketlər nəticəsində şəhid olmuş mülki vətəndaşların qəbirlərini ziyarət ediblər. Vətən uğrunda canını fəda edən şəhidlərin xatirələrini yad edib, qəbirləri üzərinə gül dəstələri düzüblər. Vətən fədailərinin şücaəti, xalqımızın vətənpərvliyi, işğaldan azad edilmiş torpaqlarda gedən abadlıq-quruculuq işlərindən söhbət açılıb.

Məleykə Əlizadə QHT rəhbəri: Müharibənin başlanmasının bir ili ərəfəsində onları bir daha anmaq üçün, onları onsuzda unutmuruq, qəbirlərini ziyarət etməyi özümüzə borc bildik.Gəncə şəhərinin vətəndaş cəmiyyətinin nümayəndələri, eyni zamanda ictimai və siyasi xadimləri bu gün burdadılar bizimlə birlikdə.Biz hər bir Azərbaycan şəhidinin qarşısında baş əyirik. Onlara Allahdan rəhmət diləyirik. Qazilərimizə can sağlığı arzulayırıq.

İmamverdi Vəliyev İctimai Birliyin sədri: 44 günlük müharibə bizə onu göstərdi ki, bizim rəşadətli xalqımız var.Burdaki şəhidlərin hər birinin önündə baş əyirəm. İstər 90-cı ildə şəhid olanlar, istər ötən il şəhid olanlar hər biri bizim qürur mənbəyimizdir. Hər birinin qarşısında baş əyirik. Allah hamısına rəhmət eləsin.