• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1065
— 13.09.2021 19:03

Meliorasiya və Su Təsərrüfatı ASC-yə 1,12 milyon manat ayrılıb

KepezTV Player

Prezident İlham Əliyev Ağstafa və Qazax rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, bu rayonların əhalisi 49 420 nəfər olan 14 yaşayış məntəqəsində 16 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 1,12 milyon manat ayrılıb.

Dövlət başçısı Frederik Starın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında da Sərəncam verib. Sərəncamla Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında siyasi və elmi əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə Frederik Star “Dostluq” ordeni ilə təltif edilib.