• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2298
— 11.09.2021 20:40

Gəncədə genişmiqyaslı dezinfeksiya işləri aparılıb

KepezTV Player

Gəncədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə dezinfeksiya işləri aparılıb. İşlərə Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin 2 suçiləyici avtomobili cəlb edilib. Nizami prospektində nəqliyyat vasitələrinin və piyadaların hərəkət etdiyi yerlər xloramin məhlulu ilə dərmanlanıb. Anoloji tədbir şəhərin 20-ə yaxın prospekt və küçələrində təşkil edilib. Mənzil İstismar İdarəsinin mobil qrupları yaşayış binalarının girişini, eləcə də mağazaların qarşısını dezinfeksiya ediblər. Şəhər İcra Hakimiyyətinin mobil qrupları isə  sakinlər arasında koronavirus isfeksiyası ilə bağlı maarifləndirici söhbətlər aparıblar. Bundan başqa, Gəncə çayının hövzəsində genişmiqyaslı təmizlik işləri görülüb. Çayın içi, eləcə də sahili məişət tullantılarından təmizlənib.