Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə Məhsəti Gəncəvi Mərkəzinin qarşısında Azərbaycan Respublikasının Xalq artisti, teatr aktyoru, vokal ifaçısı Mobil Əhmədovun anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib.Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmiləri, mədəniyyət xadimləri, xalq artistinin ailə üzvləri və şəhər ziyalıları iştirak ediblər. Öz şirin, məlahətli, coşqun səsli və zəngin çalarlı aktyor kimi yüksək səhnə mədəniyyətinə malik olan Mobil Əhmədovun keçdiyi ömür yolundan söhbət açılıb. Gəncə Dövlət Dram Teatrının aktyorların ifasında Mobil Əhmədovun vaxtilə rol aldığı Süleyman Rüstəmovun “Durna” musiqili komediyasından bir hissə, həmçinin müxtəlif musiqi nümunələri tədbir iştirakçılarına təqdim olunub.
- Baxış: 319