• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 963
— 09.09.2021 12:36

Nizami Gəncəvinin 880 illiyinə həsr olunan ümumşəhər tədbiri keçirilir

KepezTV Player

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən bu il ölkədə dahi şair, böyük mütəffəkir Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar olaraq “Nizami ili” elan olunub.   Bu münasibətlə Gəncədə ümumşəhər tədbiri keçirilir. Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev meydanında baş tutub. Əvvəlcə qonaqlar Nizami Gəncəvi yaradıcılığına həsr olunan sərgiyə baxış keçiriblər. Sərgidə Gəncə Dövlət Kukla Teatrının, Gəncə şəhər Uşaq İncəsənət, Uşaq Rəssamlıq Məktəblərinin, o cümlədən Gəncə Dövlət Rəsm Qalereyasının hazırladığı sənət əsərləri nümayiş etdirilib. Yaxın günlərdə “nizamiganjavi.az” saytı istifadəyə veriləcək. Saytda dahi şairin həyatı, yaradıcılığı, Nizami haqqında tədqiqatlar, maraqlı məlumatlar  öz əksini tapacaq.