• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 994
— 08.09.2021 12:00

“TurAz Şahini - 2021” təlimlərində tapşırıqlar müvəffəqiyyətlə icra edilir

KepezTV Player

“TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində Azərbaycan və Türkiyə HHQ-nin aviasiya vasitələri təlim planına əsasən təyin olunan hündürlükdə marşrut üzrə birgə uçuş tapşırıqlarını yerinə yetiriblər. Tapşırığın senarisinə uyğun olaraq şərti düşmənin hava hücumundan müdafiə vasitələrinə, yerüstü hədəflərinə zərbələr endirmə və onun qırıcılarından yayınma manevrləri hərbi təyyarəçilər tərəfindən uğurla icra edilib.