• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1535
— 06.09.2021 19:40

Mehmanxana, nəqliyyat və çay evlərində reyd

KepezTV Player

Koronavirus infeksiyasının yayılması, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə Gəncədə mehmanxana və ictimai nəqliyyatda maarifləndirici reyd təşkil edilib. Bundan başqa çay evlərində də yoxlamalar aparılıb, qaydalarını pozanlar məsuliyyətə cəlb olunub.

Xüsusi karantin rejimi qaydaları çərçivəsində Gəncə şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşları Nizami və Kəpəz rayonlarının ərazisində nəzarət-profilaktik, həmçinin yoxlama xarakterli tədbirləri davam etdirir. Asayiş keşikçiləri şəhər ərazisində fəaliyyət göstərən mehmanxanalarda monitorinqlər apararaq karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət ediblər. Mehmanxana müştərilərinin müvafiq COVİD-19 pasportlarını yoxlayan polis əməkdaşları obyekt sahibləri ilə izahedici-profilaktiki söhbətlər aparıb, koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələbləri izah ediblər.

Koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə uyğun olaraq, ictimai nəqliyyatda – taksi və avtobuslarda tibbi maskalardan istifadə, sosial məsafənin qorunması qaydalarına isə ŞBPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ciddi nəzarət olunur və bu istiqamətdə monitorinq tədbirləri diqqət mərkəzində saxlanlır. Araşdırmalar zamanı tibbi maskadan istifadə etməyən şəxslərlə profilaktiki söhbətlər aparılıb, onlara tibbi maska verilib. Edilən xəbərdarlıqlara baxmayaraq karantin qaydalarını pozan şəxslər barəsində qanunamüvafiq tədbir görülüb. Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri monitorinqlər nəticəsində rayon ərazisində fəaliyyət göstərən çay evlərinin birində xüsusi karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi, həmçinin, sosial məsafənin pozulması halları aşkarlanıb. Obyektin sahibi Polis İdarəsinə dəvət olunaraq həmin şəxslə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib, barəsində inzibati protokol tərtib edilib. Nizami rayon Polis İdarəsinin əməkdaşları isə karantin rejiminin qaydalarına zidd olaraq gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlayıb. Polis əməkdaşları kafenin fəaliyyətini dayandıraraq obyekt sahibini məsuliyyətə cəlb edib.