• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 911
— 04.09.2021 12:15

Artıq sevginin ünvanı Paris və Roma yox, Şuşa olacaq

KepezTV Player

Türkiyədə Azərbaycanın tarixi qələbəsinə həsr olunmuş kolleksiyanın təqdimatı olub. 44 günlük savaşdan sonra Azərbaycanın əldə etdiyi zəfər kolleksiya zamanı diqqətə çatdırılıb.

Norveçdəki diaspor fəalı və azərbaycanlı modelyer Şervin Nəcəfpurun Türkiyənin turizm paytaxtı sayılan Antalya şəhərində rəqəmsal moda nümayişi həyata keçirilib. Tədbirdə  Azərbaycanın şərəfli tarixi qələbəsinə və Qarabağın azad edilməsinə həsr olunmuş "Böyük Qayıdış" adlı kolleksiya təqdim edilib.

Norveçdə doğulan həmvətənlimizin təqdim etdiyi kolleksiya özündə bir sıra mənaları ehtiva edir. Tarixi zəfərimiz 2020-ci ilin 11-ci ayında qazanıldığı üçün, yeni kolleksiya da11 geyimdən ibarət olub. Kolleksiyanın təqdimatında 8 rəqəminin istifadəsi isə Şuşanın azad edildiyi günü, əbədilik və zəfər bayramımızı özündə əks etdirir.

Yeni kolleksiyanın digər özəlliyi isə zəfərimizin simvollarının, "Xarıbülbül" rəsmlərinin və müxtəlif aksesuarların libaslardakı nümayişi olub. Təqdimat 13-cü yüzilliyə aid olan Evdir Xanda, Xalı Tarlası adlanan məkanda aparılıb. Bu məkanın seçilməsi isə Şirvanşahlar sarayı ilə əlaqəli olan tarixi əlaqələrə dayanır.

Sözügedən kolleksiya Azərbaycan Diasporuna Dəstək Fondu və Türkiyənin Döşəməaltı Bələdiyyəsinin maliyyə dəstəyi ilə Antalya Rəqəmsal Moda Həftəsi çərçivəsində nümayiş olunub.

 

Valeh Anaroğlu