• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1312
— 22.12.2022 12:21

Etiraz aksiyası on bir gündür davam edir

KepezTV Player

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir. Gün ərzində davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunan fasiləsiz dinc aksiyanın iştirakçıları vətənpərvərlik ruhunda mahnılar ifa edirlər. Ekofəalların həm Laçın istiqamətində, həm də Xankəndi istiqamətində əllərində Azərbaycan bayrağı və üzərində müxtəlif şüarların yazıldığı plakatlarla etiraz səsləri bir qədər də ucalır. Gənc aktivistlər Azərbaycan, rus və ingilis dillərində dayanmadan səsləndirdikləri şüarlarla hər kəsi ekologiyanı qorumağa çağırır, ekaloji terrorun dayandırılmasını tələb edirlər. *** Bu arada Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Xankəndindən Laçın istiqamətində Rusiya sülhməramlılarına məxsus 5 ədəd təminat avtomobili keçib. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.