• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 898
— 02.09.2021 20:03

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim-məşqlərə başlayıb

KepezTV Player

Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən hər iki qardaş ölkənin hərbçiləri birgə təlim-məşqlərə başlayıb. Keçirilən məşqlərin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə vərdişlərinin inkişaf etdirilməsidir. Məşqlərdə həmçinin sualtı hücum və sualtı müdafiə əməliyyatlarının aparılması tapşırıqları da icra ediləcək. İkitərəfli birgə məşqlər sentyabrın 12-dək davam edəcək.