Bu günə xəbərlərin oxunma sayı: 666
—
29.12.2025 11:49
Marneulidə iki Azərbaycan vətəndaşı dələduzluq ittihamı ilə saxlanılıb
Gürcüstanın Marneuli rayonunda dələduzluq ittihamı ilə iki Azərbaycan vətəndaşı saxlanılıb. Kvemo Kartli Polis İdarəsinin əməkdaşları 1987-ci il təvəllüdlü A.M. və 1983-cü il təvəllüdlü İ.M.-nin yerli sakinə məxsus qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ələ keçirdiyini müəyyən ediblər. Hər iki şəxs saxlanılaraq istintaqa cəlb olunub. Faktla araşdırma aparılır, istintaq tədbirləri davam etdirilir.
- Baxış: 64
