• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 714
— 21.08.2021 20:17

Məhərrəm ayında anadan olan şəhidlərin ailələri ziyarət edilib

KepezTV Player

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tərkibində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə qərb regionunda yaşayan şəhidlərin ailələri ziyarət olunub. Əsasən məhərrəm ayında anadan olan  torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən igidlərin ailələrinə baş çəkən rəsmilər məişət texnikası və quran kitabı təqdim ediblər. Ziyarət əsnasında ailələrlə söhbət edilib, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin adından problemləri ilə maraqlanılıb. Məhərrəm ayı çərçivəsində bu günədək 15-ə yaxın şəhid ailəsi ziyarət olunub.