Göygöl rayonunun yaranmasının 202 illiyi və rayonun 2021-ci il Azərbaycanın “Gənclər paytaxtı” seçilməsi əlaqədar olaraq tədbir keçirilib. Göygöl Gənclər Evinin təşkilatçılığı ilə baş tutan tədbirdə millət vəkili Elşad Mirbəşiroğlu, rayon icra hakimiyyətinin nümayəndələri, təhsil müəssisələrinin əməkdaşları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edənlər, vətən müharibəsi zamanı rayon gənclərinin göstərdiyi vətənpərvərlikdən, gənclər üçün yaradılan şəraitdən və nəzərdə tutulan layihələrdən söhbət açıblar. Pandemiya ilə əlaqədar olaraq kütləvi tədbirlərin onlayn formatda təşkil olunmasının və davamlılığının vacibliyi qeyd edilib. Sonda gənclər evində könüllü olaraq fəaliyyət göstərən musiqi dərnəyinin üzvləri vətənpərvər musiqilər ifa ediblər.
- Baxış: 783