KepezTV Player
Azərbaycanda koronavirus infeksiyasına 3 968 yeni yoluxma faktı qeydə alınıb, 1 151 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 384 886 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 343 407 nəfər müalicə olunaraq sağalıb, 5252 nəfər vəfat edib, aktiv xəstə sayı 36 227 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 215 test aparılıb, COVID-19 infeksiyasına qarşı isə 54 455 doza vaksin vurulub.
- Baxış: 601