• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 715
— 19.08.2021 12:38

Qan verərək yaşadırlar

KepezTV Player

Gəncədə Aşura gününə həsr olunmuş qanvermə aksiyası keçirilir. Səhər saatlarından başlayaraq insanlar Mərkəzi Qan Bankının Gəncə bölməsinə gələrək qan verirlər. Toplanan qanlar qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün istifadə olunacaq. Qan bankında əhalinin qan verməsi üçün hər bir şərait yaradılıb, məntəqə zəruri dərman və tibbi vasitələrlə təmin edilib. Aksiyada iştirak etmək istəyən şəxslərin əvvəl arterial təzyiqi ölçülür, qanında hemoqlobinin miqdarı yoxlanılır. Sağlamlığında problem olmayan və 18 yaşdan yuxarı şəxslər qan verə bilirlər.