KepezTV Player
Bu gün Samux rayonunun Qovlarsarı kənd sakini şəhid Emil Sadıqzadənin 21 yaşı tamam olur. Şəhidin ad günündə təhsil aldığı məktəbin yanında bulağın açılışı olub. Şəhidlərimizin xatirəsinin 1 dəqiqqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə, icra nümayəndələri, kənd sakinləri və məktəblilər qəhrəmanımızı yad edib, şeirlər söyləyiblər.XTQ-in əsgəri 14 oktyabrda Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçib. O, ölümündən sonra "Rəşadət" ordeni, "Cəsur döyüşçü"," Vətən uğrunda", " Xocavəndin azad olunmasına görə", " Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə ", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
- Baxış: 492