• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1257
— 07.07.2021 12:01

"Zəfər Yolu"nun asfaltlanmasına başlanılıb

KepezTV Player

Şuşanın düşməndən azad edilməsinin mənəvi rəmzi olan “Zəfər yolu”nun genişləndirilərək inşası davam etdirilir. Hazırda yolboyu genişmiqyaslı tikinti işləri icra edilir. “Zəfər yolu”na cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi və bununla asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilməsi işləri tamamlanıb. Yolun bəzi çətin relyefə malik qayalıq ərazidən keçən hissələrində layihə eninin alınması üçün dağların partladılması üsulu ilə yeni yol yatağı inşa edilir. "Zəfər Yolu"nun ilk 6 km-lik hissəsində layihəyə uyğun olaraq yeni yol yatağının inşası, yolun profilə salınması işləri həyata keçirilib və yeni asfalt-beton örtüyünün alt layı çəkilib.