• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1185
— 02.07.2021 12:20

Azərbaycanla Qırğızıstan arasında əməkdaşlığa dair saziş imzalanıb

KepezTV Player

Azərbaycanda səfərdə olan Qırğızıstan xarici işlər naziri Ruslan Kazakbayevin həmkarı Ceyhun Bayramovla təkbətək və geniş tərkibli görüşləri olub. Nazirlərin birgə mətbuat konfransında Ceyhun Bayramov qeyd edib ki, Azərbaycanla Qırğızıstan arasında 2021-2022-ci illəri əhatə edən birgə əməkdaşlığa dair saziş imzalanıb. Onun sözlərinə görə, ölkələrimiz arasında ticarət dövriyyəsi ötən illə müqayisədə 65 faizə qədər artıb. Buna baxmayaraq görüşdə artımın hələ də kifayət qədər olmadığı vurğulanıb. Bu barədə hökumətlərarası komissiyanın fəaliyyətinə dəstək verilməsi, biznes forumların keçirilməsi müzakirə olunub. Həmçinin ölkələrimiz arasında nəqliyyat-tranzit kommunikasiyalarının gücləndirilməsi məsələsinə toxunulub. "Qırğızıstan üçün Azərbaycandan keçən şərq-qərb dəhlizinin maraqlı olmasını düşünürük", - deyə Ceyhun Bayramov qeyd edib. Qırğız həmkarını regionda yaranmış yeni vəziyyətlə bağlı məlumatlandıran nazir ermənilərin Qarabağda törətdikləri vəhşiliklərdən də danışıb.