• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1079
— 27.02.2017 10:29

Hyundai i30 “Oktavia”dan daha çox yük tutumuna sahib oldu

Hyundai şirkəti rəsmi olaraq i30 universalının yeni nəsil modelini nümayiş etdirib. Avtomobilin baqaj yeri standart olaraq 620 litrdir. Bu göstirici Skoda Octavia universalından 14 litr artıqdır. Arxa oturacaqları qatladıqda Hyundai i30-da yük tutumu 1650 litrə çatır. Ancaq belə vəziyyətdə koreyalı model çexiyalı maşına 68 litr uduzur. Yeniliyin uzunluğu 4585 millimetr, hündürlüyü 1465 millimetr, eni isə 1795 mm-dir. Təkər bazası 2650 mm-ə bərabərdir. Bununla da universal i30-un ən son heçbekindən 245 millimetr uzun və 10 mm hündür alınıb. Modellərin eni və təkər bazası isə eyni ölçüdədir. Birincilər 1,4 və 1.0 litrlik müvafiq olaraq 140 və 120 at güclü təkanlı aqreqatlarla təqdim olunub. Motorun iş həcmi “ağır yanacaqla” 1,6 litrdir və 110 at gücündədir. Universalın avadanlıq siyahısına daxildir: 8 düymlük ekranı olan multimedia sistemi, naviqasiya, Apple CarPlay və Android Auto, arxa görüntünü qeydə alan kamera, LED optika, avtomatik uzaq işıq, adaptiv kruiz-kontrol, sürücünün vəziyyətini izləyən sistem və yan güzgülərlə kor zonaların monitorinqini həyata keçirən funksiya. Hyundai i30 universalı Çexiyada istehsal olunacaq.

Cavanşir Məmmədzadə