Bakı Ağır Cinayətlər Məhkəməsində terror törətmək məqsədilə Azərbaycan ərazisinə keçən Ermənistan vətəndaşlarından ibarət silahlı birləşmənin tərkibində döyüşən 13 nəfərlik növbəti erməni terrorçu dəstənin cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası keçirilib. Silahlı dəstələrin üzvləri Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş antiterror əməliyyatı nəticəsində tərksilah ediliblər. İstintaq nəticəsində müəyyən edilib ki, onlar 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Hadrut yaxınlığında meşəlik və digər ərazilərdə döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində terror əməlləri törədiblər. Cinayət işi üzrə məhkəmə baxışı iyulun 1-ə təyin edilib. Növbəti məhkəmə prosesi Bakı Apellyasiya Məhkəməsinin binasında keçiriləcək.
- Baxış: 382