KepezTV Player
Müdafiə Nazirliyi Laçın rayonunun Qalaça kəndindən videogörüntülər yayıb. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən kənd üçtərəfli bəyanata əsasən 1 dekabr 2020-ci ildə azad olunub. Qalaça kəndi Minkənd çayının sahilində, dağətəyi düzənlikdədir. Yaşayış məntəqəsi kiçik təpənin üstündə yerləşən qalaçanın yaxınlığında salındığı üçün belə adlanıb. Oykonim “kiçik qala” mənasındadır. Hazırda həmin qalaçanın yerləşdiyi təpə “Top Qalaça” adlanır. Əhalinin əsas təsərrüfatı heyvandarlıq idi.
- Baxış: 368