Ermənistanda dünən növbədənkənar parlament seçkiləri keçirilib və səslərin hamısı hesablanıb. Erməni KİV-lərinin məlumatına görə, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasından bildirilib. Bu, 2008 seçki məntəqəsindən toplanmış bülletenlər deməkdir. Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası ölkədə keçirilmiş növbədənkənar parlament seçkilərində səslərin 53,92 %-ni toplayıb. 54% seçici baryerini keçmək ölkədə hökumət qurmağa kifayət edir. Paşinyanın hökuməti formalaşdırması üçün 0,08 səsi çatmayıb. İkinci yerdə 21,04% seçici səsini qazanan eks-prezident Robert Köçəryanın “Ermənistan” bloku qərarlaşıb. Serj Sarqsyan və Artur Vanetsyanın “Mənim şərəfim var” blokuna 5,23%, “Çiçəklənən Ermənistan” partiyasına isə 3,99% seçici səs verib. Qalanları isə 3% belə səs toplaya bilməyib.
- Baxış: 383