• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1797
— 07.06.2021 19:03

Əlilliyi saxta çıxan kişi qadın həkimə hücum etdi

KepezTV Player

Əyani müayinə zamanı müharibə ilə əlaqədar əlilliyinin saxta olduğu aşkar edilən Bərdə sakini Mustafayev Şamail Hümbət oğlu həkimə hücm edib. Belə ki, son müayinələrin birində Mustafayevin 2016-cı ildə Bərdə Rayon Mərkəzi Xəstəxanasının onun barəsində rəsmiləşdirdiyi göndərişdəki diaqnoz təsdiqini tapmayıb. Ümumiyyətlə onun sağlamlıq durumunda heç bir əlillik əlaməti olmadığı və beş il əvvəl "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" ona aparılmış ikinci dərəcə əlillik təyinatının da saxta olduğu müəyyən edilib. Bu zaman Mustafayev gözlənilmədən qadın həkim-ekspertə hücüm edərək onu yumruq zərbələri ilə döyməyə başlayıb və nalayiq ifadələr işlədib.Ötən dövrdə saxta, “müharibə əlili” statusu adı altında, haqqı çatmadan dövlətdən pensiya və təqaüd formasında hər ay 1300 manatdan yuxarı sosial ödəniş alan Şamil Mustafayevin hərəkətinə hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə müraciət olunub.