Antisanitar vəziyyətdə olan, gigiyenik qaydalara əməl edilmədən istehsal edilən, hələ bu azmış kimi istifadə müddəti başa çatan içkilər. Gəncədə keçirilən reydin nəticəsi olaraq insan sağlamlığı üçün təhlükəli olan istehsal müəsisəsi aşkar edilib. Satış obyektlərində insanlara satılan bu içkilər sözün həqiqi mənasında əsil təhlükə mənbəyidir.
Biz gəldik baxış keçirək. Hansı nöqsanlarınız var aradan qaldırarsız. Tapşırıqlar verək. Zəhmət olmasa istehsal müəsisəsinə gedək.
Qida Təhlükəsiziliyi Agentliyinin Gəncə regional bölməsinin əməkdaşları Azərbaycan əsgəri küçəsində alkaqolsuz içkilərin istehsalı ilə məşğul olan sexə baxış keçiriblər. Burada anatisanitar vəziyyətin hökm sürdüyü aşkarlanmaqla yanaşı, eyni qabda ikinci əl butulkaların üzərindəki etiketləri təmizlənərək elə eyni qabda da yuyulması faktı müəyyənləşdirilib.
Burada qaynar su ilə yuyuruq sonrada keçib orada yuyuruq. Bir neçə prosesdən keçir. Belə bir jestdən düzəldirin qabları buradan götürün.
Müəsisəsisənin rəhbəri Gəncə sakini 61 yaşlı Bəxtiyar Hakimi tələblərə uyğun olmayan şəraitdə istehsalla məşğul olmaqla yanaşı butulkaların etiketinə ünvan və istehsal tarixini də yazmayıb.
Müəsisənina adı yazılmalıdır. Fiziki şəxs kimi müraciət etmişsinizsə adınız, ünvanınız, istehsal tarixi, tərkibi bunlara riayət etmək lazımdır. Bunlar hamısı köhnəıdən olandı. Müddəti keçibdir seçibdə tullamaq lazımdır. Bizə müraciət edərsi Qida Təhlüksəizliyi agentlyinin əməkdaşları ilə birlikdə məhv etməyə apararıq.
Ən acınacaqlısı isə o idi ki, qapı və pənəcərəsi açıq olan bu müəsisəyə milçək və digər həşaratlar daxil olur ki, bu da olduqca çətin olan vəziyyəti daha da ağırlaşdırır.
Bu vannaları götür lazım deyil yerinə böyüyünu qoy. Buranın təmizliyinə bax. Pəncərəni bağla, qapını açıq qoyma. Etikegeti yapışdırmaq üçün bundan istifadə edirik. Sonrada qopmur.
Bəxtiyar Hakimi istehsal müəssisəsinin rəhbəri:Bu qəsəbədə yaşıyıram. Yaxınlarda bu sexi götürdüm. Qida Təhlükəsizliyinə müraciət elədim ki, onların çıxarışını alım. Onlarda gəldi müəyyən nöqsanlar göstərdilər, qısa müddətdə aradan qaldıracam.
Bürcü Cabbarov AQTA-nın Gəncə regional bölməsinin rəisi: Azərbaycan Respublikası Qida Təhlükəsiziliyi Agentliyinin mövüsümün başlanması ilə əlaqədar alkaqolsuz içkilərin istehsalı müəsisələrində nəzarət tədbirlərini daha da gücləndirilmişdir. Texniki narmativ tələblərə cavab vermiyən müəsisələrdə məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi bu sahədə fəaliyyət göstərən sahibkarların inzibati qaydada məsuliyyətə cəlb edilməsi davam etdirilir. Bu gün Gəncə şəhərində alkoqolsuz içkilərin istehsalı müəsisəsinə baxış keçirdik. Baxış zamanı müəsisənin qeydiyyatsız fəaliyyət göstərdiyi və bir sıra başqa nöqsanlar aşkar edildi. Aşkarlanmış uyğunsuzluğa görə qanun vericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər həyata keçiriləcəkdir.
Qida Təhlükəsiziliyi Agentliyinin Gəncə regional bölməsinin əməkdaşları bundan sonrada analoji reydləri davam etdirəcək.
Elnur Vahidoğlu
- Baxış: 532