• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1671
— 01.06.2021 20:46

1 İyun Nizami yurdunda qeyd olundu

KepezTV Player

Gəncədə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 2 nömrəli uşaq bağçasında tədbir keçirilib. Tədbirdə ölkəmizdə ulu öndər Heydər Əliyev tərəfindən qoyulan uşaq siyasətinin bu gün də uğurla davam etdirildiyi diqqətə çatdırılıb. Rəsmi hissədən sonra uşaqların ifasında milli və xarici rəqslər, vətənpərvərlik mövzularında şeirlər və digər çıxışlar təqdim olunub. Uşaqlar arasında rəsm müsabiqəsi və digər əyləncəli oyunlar təşkil edilib. Sonda tədbir iştirakçıları uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.