• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1686
— 31.05.2021 19:05

Horadiz-Mincivan-Ağbənd yolu 2023-cü ildə istifadəyə veriləcək

KepezTV Player

Hazırda Horadiz-Mincivan-Ağbənd avtomobil və Horadiz-Mincivan-Ağbənd dəmir yolunun tikintisi uğurla davam etdirilir. Layihələrin icrasını həyata keçirən şirkətin təmsilçilərindən olan Nihat Yıldırım bildirib ki, bu layihələri ən keyfiyyətli və ən uyğun zamanda həyata keçirmək üçün planlar hazırlanıb. Avtomobil yolu 124 km, dəmir yolu 114 km-dir. Hər iki yol Araz çayı boyunca Ermənistan sərhədinə qədər uzanacaq. Nihat Yıldırımın sözlərinə görə, yol Ermənistan tərəfindən inşa olunacaq əlavə yolla və Naxçıvanın içərisindən keçən 170 km-lik yollarla İğdırdan Bakıya birbaşa bağlanacaq ən vacib ticarət və turizm yolu olacaq. Avtomobil yolunda işlərin 2023-cü ilin iyun ayında başa çatdırılması planlaşdırılır.