KepezTV Player
Gəncədə ölümlə nəticələnən yanğın baş verib. Hadisə şəhərin Nizami rayonunda fərdi yaşayış evlərinin birində qeydə alınıb. 63 yaşlı Füzuli Əliyevə məxsus ümumi sahəsi 115 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 80 m² sahədə yanıb. Yüksək temperaturdan ümumi sahəsi 75 m² olan birmərtəbəli 2 otaqlı bitişik evin çardağının taxta atmaları qarsalanıb, 2 ədəd pəncərə çərçivəsi qırılıb. Alov söndürülüb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi Füzuli Əliyevin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Hələlik fərdi yaşayış evinin hansı səbəbdən yanması bəlli deyil. Faktla bağlı araşdırmalara başlanılıb.
- Baxış: 661