• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1500
— 27.05.2021 20:31

Gecə saatlarında 6 erməni diversant saxlanıldı

KepezTV Player

Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib. Müdafiə Nazirliyinin məlumatına görə, düşmən Azərbaycan ərazilərinin dərinliyinə daxil olaraq, ərazidə kəşfiyyat-diversiya əməliyyatları və yolların minalanmasına yönəlmiş təxribat terror fəaliyyəti həyata keçirməyə cəhd göstəriblər.