Gənclər Fondunun dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümü münasibətilə ictimai birliyin nümayəndələri Gəncəyə səfər edib. 30-dan çox gənc üzvü ilə birlikdə Nizami yurdunda təşrif buyuran “İrəli” rəhbərliyi əvvəlcə Azərbaycan Xalq Cümhuriyyəti muzeyində olublar. Burada qonaqlara Cümhuriyyət dövrü haqqında ətraflı məlumat verilib. Daha sonra AXC-nin parlament binasında “Üçrəngli tarix” adlı tədbir keçirilib. Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının təməli olan Azərbaycan Xalq Cümhuriyyəti haqda tarixi faktlardan danışılıb, müxtəlif fikirlər söylənilib. AXC-nin keşməkeşli yolunu özündə əks etdirən Bakı Media Mərkəzinin istehsal etdiyi “Son İclas” adlı film nümayiş etdirilib.
- Baxış: 368