• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1495
— 27.05.2021 12:07

Koronavirusun daha çox yayıldığı bölgələr

KepezTV Player

Azərbaycanda koronavirus infeksiyasına yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb. Ölkədə virusa yoluxanların 54,2 %-i Bakının payına düşür. Yoluxma göstəricisi Gəncə-Qazaxda 7,2 %-dir.Ölkə xaricindən gələnlərdə yoluxma halı 0,3 % təşkil edir.

Cinslər arasında yoluxma nisbəti dəyişib

Ölkədə koronavirusa yoluxanların 51 faizi qadın, 49 faizi isə kişilərdir. Bundan əvvəlki statistikada yoluxanlardan 54 faizini qadınlar, 46 faizini kişilər təşkil edirdi.Yoluxanların 21 faizi 30-39, 18 faizi isə 50-59 yaş arasında olan şəxslərdir. Yoluxanların 3 faizini 0-9 yaş, 2 faizini isə 80 yaşdan yuxarı şəxslər təşkil edir.

Azərbaycanda əhalinin 12 %-i vaksinasiya olunub

Koronavirus əleyhinə vaksinasiya ilə bağlı yeni statistikaya əsasən,indiyədək ölkə əhalisinin 12 %-i peyvənd olunub. Əhalinin 88 %-i isə hələ vaksinasiyadan keçməyib. Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 055 986 nəfər təşkil edir.