• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1694
— 26.05.2021 16:02

Suqovuşana elektrik enerjisi verilib

KepezTV Player

İşğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə 35 kiloVoltluq elektrik veriliş xəttinin çəkilişi başa çatıb və qəsəbəyə artıq elektrik enerjisi verilib. Suqovuşan ərazisinin elektrik təchizatında ağıllı şəbəkə konsepsiyası çərçivəsində müasir izolyasiyalı kabel xətlərindən istifadə olunub. Azərişığın mətbuat katibi Vaqif Aydınoğlunun sözlərinə görə, gələcəkdə yarımstansiyada 2-ci 35 kilovotluq transformatorun quraşdırılması nəzərdə tutulub.