Gəncədə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubleyi ilə əlaqədar “Nizami yurdu Gəncə” adlı musiqili ədəbi-bədii kompozisiya baş tutub. Tədbir dahi şair Nizami Gəncəvinin məqbərəsində Nizami muzeyinin qarşısında açıq havada baş tutub. İştirakçılar dahi şairin məqbərəsini ziyarət edərək xatirəsini yad ediblər. Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığından parçalar səsləndirilib. Gəncə Dövlət Dram Teatrının və Gəncə Dövlət Kukla teatrının aktyorları ədibin dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanan “Xəmsə”sindən səhnəciklər nümayiş etdiriblər, Gəncə Dövlət Filarmoniyasının Xalq çalğı alətləri orksetrinin ifgasında musiqi əsərləri səsləndirilib. Ardından qonaqlar Nizami muzeyində olublar.
- Baxış: 513