KepezTV Player
Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı görüləcək işlərə dair fəaliyyət planı hazırlanır. Mədəniyyət naziri Anar Kərimov bildirib ki, ən birinci məsələ mədəni-tarixi abidələrinin bərpası işləridir: “Bundan başlamalıyıq. Eyni zamanda, infrastrukturun bərpası işləri önəmlidir. Təbii ki, daha sonrakı məsələ əhalinin oraya qayıtması və adət-ənənələrimizin davam etdirilməsidir. Ümumiyyətlə, fikirləşirik ki, Şuşanı bir mədəniyyət və turizm məkanına çevirək” - deyə nazir vurğulayıb.
- Baxış: 336