Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Prezident İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib. "Keçirdiyimiz bu çətin ildən sonra qlobal səhiyyənin üzləşdiyi maneələri dəf edəcəyimizə və gələcəkdə daha gözəl günlər yaşayacağımıza olan ümidimi ifadə etmək istəyirəm", - deyə Britaniya Kraliçası vurğulayıb. **Çin Sədri Si Cinpin də Prezident İlham Əliyevi təbrik edib. "Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verirəm, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram", - deyə Si Cinpin qeyd edib. **Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev, Səudiyyə Ərəbistanı, İsveç kralları, Koreya Respublikasının Prezidenti, eləcə də bir sıra ölkələrin dövlət və hökumət başçıları Prezident İlham Əliyevi təbrik ediblər.
- Baxış: 369