• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1215
— 23.05.2021 19:57

İgid vətən oğlu

KepezTV Player

Vətəndaş olmasa boş şeydir Vətən! Beş günlük, on günlük güney qarıdır. Vətən məfhumunun özəyindəki Vətənin vüqarlı oğullarıdır! Yəni torpağımızı Vətən edən onun üçün göz qırpmadan can verən və buna hər dəm hazır olan igidlərimizdir. O igidlər ki, 44 günlük Vətən müharibəsində 44 milyon dəfə mübarizliyin zirvəsinə qalxdılar. İstər şəhid, istərsə də qazi olanda cümlələri bir oldu:"Vətən sağ olsun"!!! Elə indi də Vətən sağ olsun deyə sağlamlığını itirən qazi Qara Novruzovdan danışacayıq....

1998-ci ildə Samux rayonunda dünyaya göz açan Qara Novruzov orta məktəbi bitirdikdən dərhal sonra həqiqi hərbi xidmətə yola düşüb. Vətən sevgisi onun üçün hər şeydən önəmli olduğundan 44 günlük Vətən müharibəsi zamanı könüllü olaraq ordu sıralarına yazılıb. Yurdumuzun müdafiəsinə, Qarabağ torpağını işğaldan azad etməyə yollanıb.

20-ci əsrin sonlarında dünyaya gələnlər, Qarabağı görmədən sevənlərdir. Getməsək də, görməsək də, Şuşanın yeri hər zaman qəlbimizdə bir başqadır. Bizim igidlərimiz o torpaqları qanları, canları bahasına aldılar. Qaraya "Şuşa necə bir yer idi?" deyə sual ünvanladıq. Cavabı isə belə oldu.

Qara və onun kimi igidlər sayəsində torpaq vətən olub. Məhz belə qəhrəman oğulların hesabına bu gün 3 rəngli, ay ulduzlu bayrağımız Vətənin hər bir qarışında dalğalanır. Qara Novruzovun döyüşlərdə göstərdiyi qəhrəmanlıq "Şuşanın azad olunmasına görə" medalı ilə qiymətləndirilib.

 

Nərgiz Əhmədqızı