KepezTV Player
Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan Zahid Musayevin xatirəsi anılıb. Kəlbəcər rayonun Mərcimək kəndində anadan olan Zahid Musayev kəşfiyyatçı kimi Ağdam və Kəlbəcər uğrunda gedən döyüşlərdə düşmənə sarsıdıcı zərbələrin endirilməsində xidmətlər göstərib. Atəşkəs elan edildikdən sonra 1996-cı ildə erməni diversiya qrupunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Bayrağı ordeni ilə təltif edilib.
- Baxış: 413