Bakının Xətai rayonunda ağır yol qəzası baş verib. Ramiz Quliyev küçəsi, 10 ünvanında, təxminən 35-40 yaş aralığında naməlum kişi yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən “KİA” markalı maşınla vurulub. Zərbənin təsirindən piyada yolun digər tərəfinə düşüb. Bu zaman onun üzərindən “Mercedes” markalı avtomobil keçib. Piyada hadisə yerində dünyasını dəyişib. **Ölümlə nəticələnən daha bir qəza Bakı-Şamaxı yolunda qeydə alınıb. Atyalı yaşayış massivində Ağayev Elnur Fikrət oğlu “Nissan” markalı avtomobilin idarəetməsini itirib. Maneəyə çırpılan nəqliyyat vasitəsi aşıb. Nəticədə sürücünün bacısı 29 yaşlı Səlimova Sürəyya Mirsadiq qızı hadisə yerində ölüb. Sürücü və xalası oğlu Nicat Məmmədov isə ağır bədən xəsarətləri alıb. Hər iki faktla bağlı araşdırma aparılır.
- Baxış: 558