KepezTV Player
Göygöl Rayon Polis Şöbəsi Dövlət Yol Polisi bölməsi əməkdaşlarının keçirdikləri reyd zamanı təhlükəsizlik kəmərindən, dönmə işıq siqnallarından düzgün istifadə etməyən sürücülər aşkarlanaraq onlarla profilaktik söhbətlər aparılıb. Sükan sahiblərinin diqqətinə çatdırılıb ki, təhlükəsizlik kəməri kəskin dayanma zamanı və ya avtomobil zərbə alarkən insanın yerində qalmasını təmin edir. Dönmə siqnalları isə ilk növbədə digər hərəkət iştirakçılarına istiqamətini müəyyən etməyə kömək edir və yol qəzalarının baş verməsi ehtimalını azaldır. Reyd zamanı qaydaları pozan 15 sürücü barəsində protokol tərtib edilib.
- Baxış: 900