KepezTV Player
Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri, Bayraktar və müxtəlif tipli digər pilotsuz uçuş aparatları hazırlıq planına uyğun olaraq təlim-məşq uçuşlarına başlayıb.Aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə həyata keçirilir.Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə aparılan məşqlərdə hərbi pilotlar və PUA operatorları tapşırıqları gecə və gündüz vaxtı icra edir.Təlim-məşqlərində hava kəşfiyyatı aparılmaqla şərti düşmənin yerüstü hədəflərinin koordinatları təyin edilir.
- Baxış: 361