Daşkəsən Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində nəqliyyatın sıx olduğu yerlərdə profilaktiki tədbirlər keçiriblər. Məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır. Bir daha sürücülərin diqqətinə çatdırılıb ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibini normalara uyğunlaşdırdıqdan sonra istismar etməlidirlər. Araşdırmalar zamanı 15 sürücü inzibati məsuliyyətə cəlb edilib. Bundan başqa, piyada keçidlərindən istifadə etməyən şəxslər də saxlanılıb və onlarla profilaktik söhbətlər aparılıb. Xəbərdarlıqlara baxmayaraq, qaydaları pozan 10 piyada barəsində müvafiq tədbir görülüb.
- Baxış: 634